28 yanvar 2026. Çərşənbə

"Neftçi"nin futbolçusu üç oyunluq cəzalandırıldı


"Neftçi"nin futbolçusu üç oyunluq cəzalandırıldı

AFFA İntizam Komitəsi "Neftçi"nin futbolçusu İqor Ribeyronu üç oyunluq cəzalandırıb.

90deqiqe.Az-ın məlumatına görə, buna müdafiəçinin Misli Premyer Liqasının III turunda, "Turan Tovuz"la oyunda qırmızı vərəqə alması səbəb olub.

Oyunçu matçın 55-ci dəqiqəsində təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəza ilə üzləşib. "Ağ-qaralar" isə 3000 manat cərimələnib. 

Paytaxt təmsilçisi azarkeşlərin meydana kənar əşyalar atmasına görə əlavə 2000 manat ödəyəcək. 

Bundan əlavə, "İmişli" klubu da 3000 manat cərimə edilib. Buna komandanın "Sabah"la qarşılaşmaya gec çıxması səbəb olub. 

Qeyd edək ki, "Neftçi" "Turan Tovuz"a, "Sabah" isə "İmişli"yə 0:1 hesabı ilə uduzub.







Misli Premyer liqa

“Sabah”dan "Şamaxı"ya
  • Misli Premyer liqa
  • 18:47 28.01.2026
“Sabah”dan "Şamaxı"ya
"Sabah" onunla yollarını ayırıb
  • Misli Premyer liqa
  • 13:37 26.01.2026
"Sabah" onunla yollarını ayırıb
"Neftçi" evdə “Zirə” ilə heç-heçə etdi
  • Misli Premyer liqa
  • 20:53 23.01.2026
"Neftçi" evdə “Zirə” ilə heç-heçə etdi