4 noyabr 2026. Çərşənbə

Keşlə I divizion klubuna qalib gəldi


Keşlə  I divizion klubuna qalib gəldi
Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədə “Keşlə” yoxlama oyunu keçirib.

Corner.az xəbər verir ki, Tərlan Əhmədovun yetirmələri bu gün I divizion təmsilçisi “Qaradağ Lökbatan”la qarşılaşıb.
 
Bakı Olimpiya Stadionunun köməkçi meydançasında keçirilən oyunda Keşlə 4 cavabsız qolla qələbə qazanıb.
 
Yoxlama oyunu
7 sentyabr
 
Keşlə – Qaradağ Lökbatan 4:0
Qol: Vüsal İsgəndərli (2), Tərlan Quliyev, Rəşad Sadiqov.






Misli Premyer liqa