16 mart 2026. Bazar ertəsi

"Qarabağ" "Qəbələ"yə qalib gəldi, "Zirə" “İmişli” ilə heç-heçə etdi - YENİLƏNİB


 "Qarabağ" "Qəbələ"yə qalib gəldi, "Zirə" “İmişli” ilə heç-heçə etdi  - YENİLƏNİB

Misli Premyer Liqasının VI turunda iki qarşılaşma keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, turun açılış oyununda “İmişli” Quba Olimpiya İdman Kompleksində “Zirə” ilə qarşılaşıb.

Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində Dioqo Rollo 26-cı dəqiqədə fərqlənib. Paytaxt təmsilçisinin qolunu isə 80-ci dəqiqədə David Volkov vurub. Bu nəticədən sonra “Zirə”nin aktivində 12, “İmişli”nin isə 8 xal var.

Günün digər görüşündə “Qarabağ” doğma meydanda “Qəbələ” ilə üz-üzə gəlib. “Azərsun Arena”da keçirilən qarşılaşmada ağdamlılar 2:0 hesabı ilə qələbə qazanıb. Abdullah Zubir 16-cı, Musa Qurbanlı isə 90+3-cü dəqiqədə komandasına qələbə gətirən qolların müəllifi olub. Bu qələbə ilə “Qarabağ”ın xalı 10-a yüksəlib, “Qəbələ” isə 4 xalda qalıb.

Qeyd edək ki, VI tura sentyabrın 28-də yekun vurulacaq.







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi