23 oktyabr 2024. Çərşənbə

Almeyda və Mahir Emrəli Xorvatiya liqasında oynaya bilərlər - Ozobiç


Almeyda və Mahir Emrəli Xorvatiya liqasında oynaya bilərlər - Ozobiç

“Mən Azərbaycanda 2016-cı ildən çıxış edirəm.  Əvvəlki klubum “Qəbələ” idi. İki dəfə Çempionlar Liqasında oynamışam. Buradakı həyatımdan razıyam. Bakı əsl Avropa şəhəridir. Mənim klubum isə Avropa Liqasının qrupuna düşüb”.

Corner.az-ın xəbərinə görə, bu sözləri “Qarabağ”ın xorvatiyalı yarımmüdafiəçisi Filip Ozobiç ölkəsinin “Vecernji” nəşrinə müsahibəsində deyib.

Hazırda zədəsi səbəbindən Zaqrebdə bərpa prosesi keçən və noyabrda yaşıl meydana qayıdacağı gözlənilən 28 yaşlı futbolçu Avroliqada Bakıda “Arsenal”a qarşı keçirilən oyunu yada salıb: “Olimpiya stadionundakı həmin matçda 70 minədək azarkeş vardı. Bu, bizim üçün böyük təcrübə idi. Biz 0:3 hesabı ilə uduzduq. Londondakı matçda isə 0:1 hesabə ilə məğlub olduq. Amma onlara yaxşı müqavimət göstərdik”.

Ozobiç “Qarabağ”dakı həmkarları haqda da danışıb: “Komanda yoldaşları çox yaxşı futbolçulardır. Onlar Xorvatiya liqasında da oynaya bilərlər. Xüsusən Riçard Almeyda və Mahir Emreli. Biz dalbadal Avroliqada qrupa düşürük. Bu, yaxşı göstəricidir”.

Ozobiç həmyerlisi, millimizin baş məşqçisi Nikola Yurçeviç barədə də fikirlərini bildirib: “Nikola Bakıda yaşayır və həmişə bizim matçlarda iştirak edir, yerli liqanın oyunlarını izləyir. Çox təəssüf ki, o, hələ seçmə mərhələdə bir xal belə toplaya bilməyib (söhbət dünən keçirilən Azərbaycan – Xorvatiya matçından (1:1) əvvəl olub – red). Amma o, uğura layiqdir. Buna misal olaraq, Uelslə matçı qeyd edə bilərəm. Azərbaycan həmin görüşdə çox yaxşı oynadı və bəxtsizlikdən uduzdu”.(qol)







Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir