10 avqust 2026. Bazar ertəsi

“Neftçi” “Zirə” ilə heç-heçə etdi


“Neftçi” “Zirə” ilə heç-heçə etdi

Misli Premyer Liqasının VII turu çərçivəsində daha bir oyun keçirilib.

90deqiqe.Az xəbər verir ki, günün ikinci matçında “Neftçi” səfərdə “Zirə” ilə qarşılaşıb və qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.

Qonaqların heyətində Fredi Varqas (66-cı dəqiqə) və Bassala Sambu (88-ci dəqiqə) fərqlənib. Meydan sahibləri isə Giorgi Papunaşvili (27-ci dəqiqə) və Ruan Renato (90+8-ci dəqiqə) ilə qol vurublar. Qəsəbə təmsilçisinin oyunçusu Ayron Qomis (90+10) ikinci sarı vərəqə alaraq meydandan qovulub.

Bu nəticədən sonra “Zirə” xallarının sayını 13-ə çatdıraraq ikinci pilləyə yüksəlib. “Neftçi” isə 8 xalla yeddinci sıradadır.

Günün ilk oyununda isə “Araz-Naxçıvan” evdə “İmişli”ni 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, tur oktyabrın 5-də yekunlaşacaq.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı