7 avqust 2026. Cümə

"Qarabağ" həqiqətən bir ailə kimidir - Beqoviç


"Qarabağ" həqiqətən bir ailə kimidir - Beqoviç

“Axır ki, mən Bakı şəhərində yerləşdim. Son günlər çoxlu problemim vardı. Klub dəyişəndə belə olur. İlk təəssüratım necədir? Yüksək. “Qarabağ” həqiqətən bir ailə kimidir”.

Corner.az-ın xəbərinə görə, bu sözləri “Qarabağ”ın yeni transferi Asmir Beqoviç Bosniyanın “sportsport.ba” saytına müsahibəsində söyləyib.

Bu yaxınlarda İngiltərə Premyer Liqa təmsilçisi “Bornmut”dan icarə qaydasında Ağdam klubuna keçən 32 yaşlı bosniyalı qapıçı deyib: “Bakı da çox gözəldir. Mən inanıram ki, “Qarabağ” mənim həyatımdakı ən gözəl epizodlardan biri olacaq”.

Beqoviç deyib ki, “Qarabağ”a transferi sürətli alınıb: “Başqa klublar da vardı. Amma onu deyə bilərəm ki, “Qarabağ” mənim seçimimdə ən doğru olanı idi. Komanda iddiasına görə də fərqlənir. Bu transfer mənə çox yaxşı göründü. “Qarabağ” yaxşı ənənəsi olan ciddi klubdur. Onlar həmişə titullar uğrunda yarışırlar və Avropa Liqasının qrupunda çıxış edirlər. Mən özümə olan inamımı doğrultmalıyam”.

Beqoviç bildirib ki, klubun iddiası onun qrupda çıxış etməsindən daha vacibdir: “Qrupumuzda “Sevilya”, APOEL və “Dudelanj”  da mübarizə aparır. Fikrimcə, onlarla matçda yaxşı nəticələr qazana bilərik. Amma, əlbəttə, bu, asan olmayacaq. APOEL-in “Ayaks”la necə mübarizə apardığını gördük. “Düdelanj” da keyfiyyətli komandadır”.







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı