22 iyun 2026. Bazar ertəsi

“Kəpəz” “Şamaxı”nı darmadağın etdi


“Kəpəz” “Şamaxı”nı darmadağın etdi

Futbol üzrə Misli Premyer Liqasının VIII turuna start verilib. 

90deqiqe.Az-ın məlumatına görə, turun açılış oyununda “Şamaxı” doğma meydanda “Kəpəz”i qəbul edib. Qarşılaşma Gəncə təmsilçisinin 4:1 hesablı inamlı qələbəsi ilə başa çatıb.

Qonaqların heyətində Fərid Nəbiyev 34 və 39-cu dəqiqələrdə dubl edib, Luis Paçu isə 67-ci dəqiqədə penalti zərbəsindən və 85-ci dəqiqədə fərqlənib. “Şamaxı”nın yeganə qolunu 11-ci dəqiqədə Sezar Enrike vurub.

Bu nəticədən sonra aktivində 3 xal olan “Kəpəz” sonuncu – 12-ci pillədə qalır. 9 xalı olan “Şamaxı” isə 7-ci yerdə qərarlaşıb.

Günün ikinci oyununda “Turan Tovuz” “Azərsun Arena”da “Qarabağ”la üz-üzə gələcək. Matç saat 19:00-da başlayacaq. Hazırda Tovuz klubu 15 xalla turnir cədvəlinə liderlik edir, bir oyun az keçirən Ağdam təmsilçisi isə 13 xalla üçüncü sıradadır.

Turun digər qarşılaşmaları oktyabrın 18-19-da oynanılacaq.







Misli Premyer liqa

"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı
“Zirə” braziliyalı qapıçı transfer etdi
  • Misli Premyer liqa
  • 19:40 20.06.2026
“Zirə” braziliyalı qapıçı transfer etdi
“Zirə” Ayron Qomislə vidalaşdı
  • Misli Premyer liqa
  • 18:33 20.06.2026
“Zirə” Ayron Qomislə vidalaşdı