22 iyun 2026. Bazar ertəsi

“Qarabağ” “Turan Tovuz”a qalib gəldi


 “Qarabağ” “Turan Tovuz”a qalib gəldi

Misli Premyer Liqasının VIII turunda “Qarabağ” “Turan Tovuz”u 2:1 hesabı ilə məğlub edib.

90deqiqe.Az xəbər verir ki, “Azərsun Arena”da keçirilən qarşılaşmada “Turan Tovuz”un qolu 40-cı dəqiqədə Alexandro Serrano tərəfindən penaltidən vurulub. “Qarabağ”ın qollarını isə Nəriman Axundzadə (55-ci dəqiqə) və Abdullah Zubir (63-cü dəqiqə) rəqib qapısından keçirib.

Bu nəticədən sonra xallarını 16-ya çatdıran Qurban Qurbanovun komandası turnir cədvəlinin liderliyinə yüksəlib. “Turan Tovuz” isə 15 xalla ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər oyunu olan “Şamaxı” – “Kəpəz” matçında Gəncə komandası 4:1 hesabı ilə qalib gəlib. VIII tur oktyabrın 19-da yekunlaşacaq.







Misli Premyer liqa

"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı
“Zirə” braziliyalı qapıçı transfer etdi
  • Misli Premyer liqa
  • 19:40 20.06.2026
“Zirə” braziliyalı qapıçı transfer etdi
“Zirə” Ayron Qomislə vidalaşdı
  • Misli Premyer liqa
  • 18:33 20.06.2026
“Zirə” Ayron Qomislə vidalaşdı