7 may 2026. Cümə axşamı

“Sumqayıt” “Karvan-Yevlax”a qalib gəldi


“Sumqayıt” “Karvan-Yevlax”a qalib gəldi

Misli Premyer Liqasının VIII turu çərçivəsində “Sumqayıt” komandası evdə “Karvan-Yevlax”ı qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Saşa İliçin başçılıq etdiyi komandanın qollarını Ronaldo Vaskez (12-ci dəqiqə), Aleksandr Ramalinqom (54 və 65-ci dəqiqələr, hər ikisi penaltidən) və Aleksa Yankoviç (59-cu dəqiqə) vurublar. Yevlax təmsilçisinin yeganə qoluna isə 43-cü dəqiqədə Coy Sleyd Mikels imza atıb.

Bu qələbədən sonra “Sumqayıt” xal sayını 14-ə çatdıraraq turnir cədvəlində 3-cü pilləyə yüksəlib. “Karvan-Yevlax” isə 5 xalla 11-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, turun daha əvvəl keçirilən oyunlarında “Kəpəz” “Şamaxı”nı 4:1, “Qarabağ” “Turan Tovuz”u 2:1 hesabı ilə məğlub edib. “İmişli” – “Qəbələ” görüşü isə 2:2 hesabı ilə başa çatıb. VIII tura oktyabrın 19-da yekun vurulacaq.







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi