29 sentyabr 2026. Çərşənbə axşamı

“Neftçi”nin yeni transferi tibbi müayinədən keçib


“Neftçi”nin yeni transferi tibbi müayinədən keçib

“Neftçi”nin yeni transferi Vensan Abubakar tibbi müayinədən keçib.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, kardioloq, travmatoloq, ümumi cərrah, terapevt, nevroloq, oftalmoloq, fizioterapevt və LOR yoxlanışından sonra qan analizləri götürülüb. Həmçinin USM, MRT, EKQ, EXO, stres test edilib.

Kamerunlu forvardın sağlamlığında heç bir problem aşkarlanmayıb.

Qeyd edək ki, “Neftçi” Vensan Abubakarla 1+1 illik müqavilə imzalayacaq.







Misli Premyer liqa