12 mart 2026. Cümə axşamı

"Xankəndi" klubu XXI əsrin rekordunu təkrarlayıb


"Xankəndi" klubu XXI əsrin rekordunu təkrarlayıb

Azərbaycanın II Liqasının VI turunda "Araz Saatlı"nı 14:0 hesabı ilə məğlub edən "Xankəndi" klubu "Şəfa"nın 22 il əvvəl imza atdığı XXI əsrin rekordunu təkrarlayıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Bu, PFL-in bayrağı altında keçirilən yarışların tarixində ən böyük fərqli qələbə olub. 2008-ci ildən Premyer Liqa, I Liqa, II Liqa, Əvəzedicilər Liqası, ölkə kuboku və Superkubokunda 14 top fərqi ilə qalib gələn olmamışdı.

"Xankəndi"nin "Araz Saatlı" üzərində 14:0 hesablı qələbəsi ümumilikdə müstəqil Azərbaycanın peşəkar və yarımpeşəkar səviyyəli turnirləri üçün (II Liqanın ötən əsrdəki oyunları nəzərə alınmamaqla) ikinci ən böyük nəticənin təkrarıdır.

Yalnız bir dəfə ölkə çempionatı və kubokunda daha böyük fərqə təsadüf olunub. 1993/1994 mövsümündə I dəstədə mübarizə aparan komandaların duelində Sumqayıt təmsilçisi "Metallurq" "Göytəpə"ni 15:0 hesabı ilə məğlub edib.

14:0 hesabına isə 3-cü dəfə təsadüf olunub. Əvvəlki qələbələrin hər ikisinə "Şəfa" imza atıb və bu uğurlara ölkə kubokunda nail olub. 1997/1998 mövsümündə HHQ İK, 2003/2004 mövsümündə isə "Lider Qarabağ"la görüşdə "Şəfa" 14 cavabsız qol vurub.







Misli Premyer liqa

Premyer Liqada 50-ci qol
  • Misli Premyer liqa
  • 11:02 11.03.2026
Premyer Liqada 50-ci qol
100-cü qələbə
  • Misli Premyer liqa
  • 10:15 11.03.2026
100-cü qələbə
“Sabah” “Qəbələ”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 21:22 10.03.2026
“Sabah” “Qəbələ”ni darmadağın etdi
Mövsümün ən böyükhesablı qələbəsi
  • Misli Premyer liqa
  • 14:48 10.03.2026
Mövsümün ən böyükhesablı qələbəsi
Ardıcıl 8-ci quru oyun: Samok 778-ə çatdı
  • Misli Premyer liqa
  • 10:52 10.03.2026
Ardıcıl 8-ci quru oyun: Samok 778-ə çatdı