7 avqust 2026. Cümə

“Qarabağ” “Neftçi” fanatlarına biletin qiymətini açıqladı – 51 yox, 1 manat!


“Qarabağ” “Neftçi” fanatlarına biletin qiymətini açıqladı – 51 yox, 1 manat!

"Qarabağ" klubu bu həftənin bazar günü “Neftçi”yə qarşı keçiriləcək Azərbaycan Premyer Liqasının 4-cü turuna biletin qiymətini müəyyənləşdirib.

Klubun direktoru Əmrah Çelikel qol.az-a açıqlamasında əvvəlcə "Neftçi" ilə oyunun biletlərinin 51 manat olacağı ilə bağlı son günlər mətbuatda yayılan xəbərlərə münasibət bildirilib. O, bununla bağlı məlumatların həqiqətə uyğun olmadığını söyləyib: "Bizim bilet söhbəti, azarkeşlərin stadiona gəlişinin qarşısını almaqla gündəmə gəlmək fikrimiz yoxdur. Hamı bilir ki, futbol azarkeşlər üçün oynanılır. Stadiona nə qədər çox azarkeş gəlsə, Azərbaycan futbolu üçün o qədər yaxşı olar".

Klub rəsmisi əvvəlki Premyer Liqanın matçlarında olduğu kimi, “Neftçi” ilə görüşdə də biletin qiymətinin 1 manat olacağını söyləyib.

Xatırladaq ki, ötən mövsümün son turunda "Neftçi" "Qarabağ"la "Bakcell Arena"dakı oyun üçün bilet matç günü gözlənilmədən 50 manata qaldırmışdı.

Əlavə edək ki, Premyer Liqanın 4-cü turunun "Qarabağ" - "Neftçi" görüşü sentyabrın 15-i, saat 20.30-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı