20 sentyabr 2026. Bazar günü

Azərbaycan Premyer Liqasında XIII turun oyunlarının başlama saatı müəyyənləşib


Azərbaycan Premyer Liqasında XIII turun oyunlarının başlama saatı müəyyənləşib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun oyunlarının başlama saatları müəyyənləşib.

Corner.az "Report"-a istinadən xəbər verir ki, iki günü əhatə edəcək turun açılış matçı dekabrın 1-də "Sumqayıt" və "Səbail" komandaları arasında keçiriləcək. Həmin oyun saat 16:30-da start götürəcək. 

Günün digər oyununda isə debütant "Sabah" turnir cədvəlinin lideri "Neftçi"ni qəbul edəcək. Qarşılaşma saat 19:00-da başlayacaq.

Turun daha iki qarşılaşması isə dekabrın 2-də oynanılacaq. "Qəbələ" - "Zirə" dueli saat 17:00-da, "Qarabağ" - "Keşlə" görüşü isə saat 19:30-da başlanacaq. 







Misli Premyer liqa

150-ci qol
  • Misli Premyer liqa
  • 11:17 15.09.2026
150-ci qol
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol
  • Misli Premyer liqa
  • 11:05 15.09.2026
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol