20 sentyabr 2026. Bazar günü

"Herta" - "Qəbələ" matçının hakimləri açıqlanıb


"Herta" - "Qəbələ" matçının hakimləri açıqlanıb

UEFA Gənclər Liqasının II mərhələsində Azərbaycanın "Qəbələ" və Almaniyanın "Herta" komandaları arasında keçiriləcək cavab oyununa hakim təyinatları açıqlanıb.

Corner.az -ın "Report"-a istinadən  xəbərinə görə, UEFA-dan bildirilib ki, matçı macarıstandan olan hakimlər briqadası idarə edəəcək.

Baş hakim Ferenç Karakoyə yan xətt hakimləri Tibor Tsatari və Norbert Bornemissza köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə almaniyalı Lasse Koslovski yerinə yetirəcək.

Qeyd edək ki, "Herta" - "Qəbələ" matçı noyabrın 28-də Bakı vaxtı ilə saat 16:00-da start götürəcək. Bu komandalar arasında Qəbələdə təşkil olunan qarşılaşma Almaniya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. 







Misli Premyer liqa

150-ci qol
  • Misli Premyer liqa
  • 11:17 15.09.2026
150-ci qol
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol
  • Misli Premyer liqa
  • 11:05 15.09.2026
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol