29 yanvar 2026. Cümə axşamı

Qurban Qurbanovun oğlu het-trik etdi, “Qarabağ” darmadağınla qazandı


Qurban Qurbanovun oğlu het-trik etdi, “Qarabağ” darmadağınla qazandı
Azərbaycan I Divizionunda III turun oyunlarına yekun vurulub.

Corner.az xəbər verir ki, sonuncu oyun günündə də üç qarşılaşma keçirilib.
 
“Qaradağ Lökbatan” – “Ağsu” matçında qalib müəyyənləşməyib. Səfərdə “Neftçi-2” ilə qarşılaşan “Turan Tovuz” minimal hesabla qələbə qazanıb.
 
“Zirə-2”-nin qonağı olan “Qarabağ”ın əvəzedici komandası isə darmadağınla qalib gəlib. Bu oyunda Ağdam təmsilçisinin əsas komandasının baş məşqçisi Qurban Qurbanovun oğlu – Musa Qurbanlı het-triklə yadda qalıb.
 
I Divizion
III tur
14 sentyabr
 
“Zirə-2” – “Qarabağ-2” 1:7
Qol: Tapdıq Əhmədov, 41-pen – Müşfiq İlyasov, 9-öz qapısına. İzzət Müştaqov, 14. Musa Qurbanlı, 28; 52-pen; 75. Nihad Tamazov, 61. Cavid Bayramov, 76.
Hakimlər: Rəşad Əhmədov, Cəmil Quliyev, Kərim Zeynalov, Cahangir Yusifzadə.
“AZAL Arena”.
 
“Neftçi-2” – “Turan Tovuz” 0:1
Qol: Emin Bağırov, 20.
Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Taleh Məmmədov, Kamranbəy Rəhimov.
“ASK Arena”.
 
“Qaradağ Lökbatan” – “Ağsu” 0:0
Hakimlər: Nicat İsmayıllı, Namiq Hüseynov, Zöhrab Abbasov, Rövşən Rəcəbov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu.






Misli Premyer liqa

“Sabah”dan "Şamaxı"ya
  • Misli Premyer liqa
  • 18:47 28.01.2026
“Sabah”dan "Şamaxı"ya
"Sabah" onunla yollarını ayırıb
  • Misli Premyer liqa
  • 13:37 26.01.2026
"Sabah" onunla yollarını ayırıb
"Neftçi" evdə “Zirə” ilə heç-heçə etdi
  • Misli Premyer liqa
  • 20:53 23.01.2026
"Neftçi" evdə “Zirə” ilə heç-heçə etdi