14 dekabr 2025. Bazar günü

“Turan Tovuz” və “Sumqayıt”dan qələbə


“Turan Tovuz” və  “Sumqayıt”dan qələbə

Futbol üzrə Misli Premyer Liqasının X turu çərçivəsində bu gün daha iki oyun keçirilib.

90deqiqe.Az xəbər verir ki, günün ilk qarşılaşmasında “Turan Tovuz” öz meydanında “Şamaxı”nı qəbul edib. Tovuz şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin qələbəsi ilə nəticələnib – 2:1.

Tovuz təmsilçisinin qollarını 45+2-ci dəqiqədə Roberto Olabe və 49-cu dəqiqədə Joarlem Santos vurublar. Qonaqların yeganə qolunu isə 45-ci dəqiqədə Rikardo Apolinario penaltidən qeydə alıb.

Bu qələbə sayəsində “Turan Tovuz”un xalı 21-ə çatıb və komanda turnir cədvəlinin birinci pilləsinə yüksəlib. “Şamaxı” isə 10 xalla 9-cu sırada qərarlaşıb.

Turun digər oyununda “Araz-Naxçıvan” səfərdə “Sumqayıt”la üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən matçda “kimyaçılar” 3:2 hesabı ilə qalib gəlib.

Bu nəticədən sonra “Sumqayıt” xallarının sayını 17-yə çatdıraraq 4-cü pillədə yer alıb. Naxçıvan təmsilçisi isə 16 xalla 5-ci sırada qərarlaşıb.

Qeyd edək ki, X tura noyabrın 3-də keçiriləcək “Sabah” – “Qəbələ” qarşılaşması ilə yekun vurulacaq. Daha əvvəl baş tutan oyunlarda “Qarabağ” – “İmişli” (2:0), “Zirə” – “Karvan-Yevlax” (3:2) və “Neftçi” – “Kəpəz” (5:1) matçları meydan sahiblərinin qələbəsi ilə nəticələnmişdi.







Misli Premyer liqa

"Sabah" səfərdə "Turan Tovuz"a qalib gəlib
  • Misli Premyer liqa
  • 18:33 13.12.2025
"Sabah" səfərdə "Turan Tovuz"a qalib gəlib
“Şamaxı” “Zirə”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 16:00 13.12.2025
“Şamaxı” “Zirə”ni məğlub etdi
“Neftçi”yə yalnız çempionluq yaraşır”
  • Misli Premyer liqa
  • 13:10 13.12.2025
“Neftçi”yə yalnız çempionluq yaraşır”
“Sumqayıt” “İmişli”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 22:38 09.12.2025
“Sumqayıt” “İmişli”ni məğlub etdi
"Neftçi" yeni baş məşqçisini bəlli oldu
  • Misli Premyer liqa
  • 15:22 09.12.2025
"Neftçi" yeni baş məşqçisini bəlli oldu
Mövsümdə 3-cü
  • Misli Premyer liqa
  • 11:47 09.12.2025
Mövsümdə 3-cü
"Sabah” “Neftçi”yə qalib gəldi
  • Misli Premyer liqa
  • 23:06 08.12.2025
"Sabah” “Neftçi”yə qalib gəldi