7 may 2026. Cümə axşamı

Uğursuz çıxışın günahkarı mənəm - Elşad Əhmədov


Uğursuz çıxışın günahkarı mənəm - Elşad Əhmədov

"Oyun haqda danışmaq çətindi. "Qəbələ" bizdən yaxşı çıxış etdi".

Corner.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Elşad Əhmədov Premyer Liqanın IV turunda evdə "Qəbələ"yə 0:1 hesabı ilə məğlub olduqları matçdan sonra deyib.

49 yaşlı mütəxəssisin sözlərinə görə, rəqib futbolçular daha istəkli olub: "Bizdə bəzi oyunçulara tapşırıqları 2-3 dəfə təkrarlasaq da, icra edə bilmədilər. İkinci hissənin əvvəlində buraxdığımız qol bizi çətin vəziyyətə saldı. İrəlidə qol vura biləcək adama ehtiyacımız var".

"Sabah" 4 turdan sonra 2 xalla son pillədə qərarlaşıb. Əhmədov bildirib ki, postunu tərk edib-etməyəcəyinə rəhbərlik qərar verəcək: "Rəhbərlik nə qərar versə, buna riayət edəcəyik. Bu məsələni rəhbərliklə danışacağıq. Komandanın uğursuz çıxışının əsas günahkarı mənəm. Deməli, nəyisə düz etmirik. Məşqçi heyəti ilə futbolçular arasında heç bir problem yoxdu. Hər şey rəhbərliyin qərarından aslıdı".(report)







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi