29 iyun 2026. Bazar ertəsi

X tur tamaşaçı sayında mövsümün rekordu ilə əlamətdar olub


X tur tamaşaçı sayında mövsümün rekordu ilə əlamətdar olub

Misli Premyer Liqasının X turu tamaşaçı sayında mövsümün rekordu ilə əlamətdar olub.

 90deqiqe.Az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən “Turan Tovuz” – “Şamaxı” matçını 5800 tamaşaçı izləyib. Doğma arenaya qayıdan qərblilər bu görüşdə 2:1 hesablı qələbə qazanıb. Bu oyun mövsümün arxada qalan hissəsi üçün ən çox seyrçi toplayan görüşdür.

Bunadək rekord V turda qeydə alınmışdı. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı “Sumqayıt” – “Neftçi” matçında (0:2) 3500 izləyici olub.

Qeyd edək ki, ümumilikdə mövsümün baş tutan 58 oyununu 64 min 766 tamaşaçı izləyib. Orta göstərici 1117-yə bərabərdir.







Misli Premyer liqa

"Araz-Naxçıvan" Urfan Abbasovla vidalaşdı
  • Misli Premyer liqa
  • 12:53 25.06.2026
"Araz-Naxçıvan" Urfan Abbasovla vidalaşdı