12 mart 2026. Cümə axşamı

Azərbaycan derbisinə doğru: Həm futbolçu, həm baş məşqçi


Azərbaycan derbisinə doğru: Həm futbolçu, həm baş məşqçi

Qurban Qurbanov "Qarabağ"la "Neftçi" arasında baş tutan görüşlərdə hər iki komandanın baş məşqçisi, həm də paytaxt təmsilçisinin futbolçusu kimi meydana çıxan yeganə şəxsdir.

90deqiqe.Az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, yalnız bir baş məşqçi hər iki klubun "sükanı arxasında", birinin isə futbolçusu kimi Azərbaycan derbisində iştirak edib.

Hər iki klubla futbolçu kimi derbidə iştirak edən üç mütəxəssis bir komandanın baş məşqçisi kimi də bu həyəcanı yaşayıb. Samir Abasov, Tərlan Əhmədov və Arif Əsədov hər iki komandanın futbolçusu, "Neftçi"nin baş məşqçisi kimi derbidə iştirak edib. Əhmədov hər iki komandada qol da vurub.

Dörd futbolçu sonradan baş məşqçi kimi də eyni klubun uğuru üçün derbiyə qatılıb. Əsgər Abdullayev, Samir Əliyev, Füzuli Məmmədov "Neftçi"nin, Elşad Əhmədov "Qarabağ"ın həm futbolçusu, həm də baş məşqçisi kimi derbi həyəcanı yaşayıb.

Qurban Qurbanovla Samir Abasov derbilərdə bir dəfə meydana "Neftçi"dəki komanda yoldaşı kimi çıxıb (13.03.2004. "Qarabağ" – "Neftçi" 1:3).

2006/2007 mövsümündəki iki matçda Qurban Qurbanov "Neftçi"nin baş məşqçisi, Samir Abasov "Qarabağ"ın futbolçusu olub (18.09.2006. "Neftçi" – "Qarabağ" 0:0, 27.04.2007. "Qarabağ" – "Neftçi" 0:2).

2010/2011 mövsümündə Qurban Qurbanov baş məşqçi, Samir Abasov futbolçu kimi "Qarabağ"da 2 derbiyə çıxıb (08.08.2010. "Neftçi" – "Qarabağ" 1:1, 03.04.2011. "Neftçi" – "Qarabağ" 2:0).







Misli Premyer liqa

Premyer Liqada 50-ci qol
  • Misli Premyer liqa
  • 11:02 11.03.2026
Premyer Liqada 50-ci qol
100-cü qələbə
  • Misli Premyer liqa
  • 10:15 11.03.2026
100-cü qələbə
“Sabah” “Qəbələ”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 21:22 10.03.2026
“Sabah” “Qəbələ”ni darmadağın etdi
Mövsümün ən böyükhesablı qələbəsi
  • Misli Premyer liqa
  • 14:48 10.03.2026
Mövsümün ən böyükhesablı qələbəsi
Ardıcıl 8-ci quru oyun: Samok 778-ə çatdı
  • Misli Premyer liqa
  • 10:52 10.03.2026
Ardıcıl 8-ci quru oyun: Samok 778-ə çatdı