25 mart 2026. Çərşənbə

“Qarabağ” avrokuboklarda keçirdiyi 200-cü oyunda 250-ci qolunu vurub


“Qarabağ” avrokuboklarda keçirdiyi 200-cü oyunda 250-ci qolunu vurub

“Qarabağ” avrokuboklarda 200-cü oyununu keçirib və 250-ci qolunu vurub.

Peşəkar Futbol Liqasından 90deqiqe.Az-a bildirilib ki, bu, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turuna təsadüf edib.

“Çelsi” ilə oyun Ağdam klubunun qitə kuboklarında ümumilikdə 200-cü matçı kimi tarixə düşüb. Qurban Qurbanovun yetirmələrinin bu qarşılaşmadakı ilk topu Avropa klub turnirlərində vurduğu 250-ci qol olub. Yubiley topuna Leandro Andrade imza atıb. İngiltərə təmsilçisi ilə matç 2:2 hesabı ilə başa çatıb.

“Qarabağ” Çempionlar Liqasında 67, Avropa Liqasında (əvvəl UEFA kuboku) 109, Konfrans Liqasında 16, Kuboklar kubokunda 4, İntertoto kubokunda 4 matça çıxıb. Klub Çempionlar Liqasında 105, Avropa Liqasında (əvvəl UEFA kuboku) 124, Konfrans Liqasında 19, Kuboklar kubokunda 1, İntertoto kubokunda 2 qol vurub. “Köhlən-atlar” bu qarşılaşmalarda 77 qələbə qazanıb, 47 heç-heçə edib və 76 dəfə uduzub. 251 qol vuran komanda 261 top buraxıb.

Qeyd edək ki, “Qarabağ” avrokuboklarda 1996/1997-ci illər mövsümündə debüt edib. 1996-cı il avqustun 8-də “MüPA” ilə Bakıdakı qarşılaşmada qonaqlar qalib gəlib – 0:1. İlk qola isə Finlandiya təmsilçisi ilə 14 gün sonrakı matçda (1:1, əlavə vaxtda) Bəxtiyar Musayev imza atıb.







Misli Premyer liqa

“Neftçi” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 21:07 20.03.2026
“Neftçi” “İmişli”ni darmadağın etdi
“Zirə” səfərdə qələbə qazandı
  • Misli Premyer liqa
  • 16:57 19.03.2026
“Zirə” səfərdə qələbə qazandı
Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı