14 dekabr 2025. Bazar günü

“Araz-Naxçıvan” son dəqiqədə qazandı, “Turan Tovuz” liderliyini qorudu!


“Araz-Naxçıvan” son dəqiqədə qazandı, “Turan Tovuz” liderliyini qorudu!

Misli Premyer Liqasının XI turu çərçivəsində daha iki qarşılaşma baş tutub.

90deqiqe.Az xəbər verir ki, Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda keçirilən oyunda “Araz-Naxçıvan” komandası “Karvan-Yevlax” üzərində 2:1 hesablı qələbə qazanıb.

Yevlax təmsilçisinin heyətindən Araz Abdullayev 16-cı dəqiqədə hesabı açıb. Naxçıvan klubunun futbolçusu Hamidu Keyta 65-ci dəqiqədə bərabərlik qoluna imza atıb. Matçın son dəqiqələrində – 90+2-ci dəqiqədə isə Felipe Santos penaltidən fərqlənərək komandasına qələbə qazandırıb.

Bu nəticədən sonra “Karvan-Yevlax” 5 xalla 11-ci, “Araz-Naxçıvan” isə 19 xalla 5-ci pillədə qərarlaşıb.

Turun digər oyununda “Turan Tovuz” səfərdə “Zirə” ilə qarşılaşıb. Zirə İdman Kompleksində baş tutan görüş 0:0 hesablı bərabərliklə yekunlaşıb.

Nəticəyə əsasən, “Turan Tovuz” 22 xalla turnir cədvəlinin lideridir. 20 xala malik “Zirə” isə dördüncü pillədə yer alıb.

Qeyd edək ki, XI turun əvvəlki oyunlarında “Şamaxı” “İmişli”ni (1:0), “Sumqayıt” isə “Qəbələ”ni (2:0) məğlub edib. Tura noyabrın 9-da yekun vurulacaq.







Misli Premyer liqa

"Sabah" səfərdə "Turan Tovuz"a qalib gəlib
  • Misli Premyer liqa
  • 18:33 13.12.2025
"Sabah" səfərdə "Turan Tovuz"a qalib gəlib
“Şamaxı” “Zirə”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 16:00 13.12.2025
“Şamaxı” “Zirə”ni məğlub etdi
“Neftçi”yə yalnız çempionluq yaraşır”
  • Misli Premyer liqa
  • 13:10 13.12.2025
“Neftçi”yə yalnız çempionluq yaraşır”
“Sumqayıt” “İmişli”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 22:38 09.12.2025
“Sumqayıt” “İmişli”ni məğlub etdi
"Neftçi" yeni baş məşqçisini bəlli oldu
  • Misli Premyer liqa
  • 15:22 09.12.2025
"Neftçi" yeni baş məşqçisini bəlli oldu
Mövsümdə 3-cü
  • Misli Premyer liqa
  • 11:47 09.12.2025
Mövsümdə 3-cü
"Sabah” “Neftçi”yə qalib gəldi
  • Misli Premyer liqa
  • 23:06 08.12.2025
"Sabah” “Neftçi”yə qalib gəldi