23 oktyabr 2024. Çərşənbə

Beqoviç “Qarabağ”dan danışdı: “Qərar vermək çətin olmadı”


Beqoviç “Qarabağ”dan danışdı: “Qərar vermək çətin olmadı”
Qarabağ'ın qapıçısı Asmir Beqoviç Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Corner.az xəbər verir ki, 2:0 hesabıyla qalib gəldikləri oyunda debüt edən bosniyalı qolkiper öncə bunları söyləyib:
 
- Böyük gecə idi. Komandamızın önəmli matçı oldu. Vacib olan üç xal idi və bunu da qazana bildik.
 
- Azərbaycana adlı-sanlı futbolçunu gətirməyin müşkül olduğunu deyirlər. Sizi bura necə gətirə bildilər?
- Son illərdə “Qarabağ” barədə xoş sözlər eşitmişdik. Avropada göstəridiyi nəticələrdən məlumatlıyıq. Ümumiyyətlə, “Qarabağ”dan ancaq müsbət sözlər eşitmişdim. Qərar vermək ona görə də çətin olmadı. Burda insanlar xoş münasibət göstərir. Elə komanda yoldaşlarımla da isti münasibətim var. Şadam ki, belə bir qərar vermişəm.
 
- “Neftçi” “Qarabağ”la çempionluq uğrunda mübarizə aparır. Çətinlik hiss etdiniz?
- Futbola baxıram, izləyirəm. “Neftçi”nin böyük ənənələrinin olduğunu bilirəm. Azərbaycan üçün vacib komandadır. Bu gün bizim hədəfimiz qələbə idi və qalib gəldik.
 
- “Qarabağ”da hədəfləriniz nədir?
- Yanvara qədər müqaviləm var. Hədəfim, mümkün olduğu qədər komandaya kömək etməkdir. Qarşıda bizi “Sevilya” ilə oyun gözləyir.
 
- “Qarabağ” qrup mərhələsini adlamasa, komandadan gedəcəksiniz?
- Çətindir nəsə demək. Oyundan oyuna düşünürəm.
 
- Avropa Liqasındakı şansları necə dəyərləndirirsiniz?
- Yaxşı komandamız var. Rəqiblərimiz də gücülüdür. Ümid edirəm ki, növbəti mərhələyə çıxacağıq.






Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir