16 avqust 2026. Bazar günü

"Araz-Naxçıvan"ın hücumçusu Premyer Liqada 100-cü matçını keçirib


"Araz-Naxçıvan"ın hücumçusu Premyer Liqada 100-cü matçını keçirib

“Araz-Naxçıvan”ın futbolçusu Felipe Santos Misli Premyer Liqasında 100-cü oyununu keçirib.

90deqiqe.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, braziliyalının yubileyi XIII tura təsadüf edib.

O, “Qəbələ” ilə səfər matçına (1:2) start heyətində çıxıb. Felipe 100 qarşılaşmada 21 qol vurub.

Cənubi amerikalı oyunçu Premyer Liqada üç klubda çıxış edib. O, “Şamaxı”da 21 (6 qol), “Qəbələ”də 35 (3 qol), “Araz-Naxçıvan”da 44 (12 qol) matç keçirib.

Qeyd edək ki, Premyer Liqada debütü 2021/2022-ci illər mövsümünə təsadüf edən F. Santos çempionatda 100 və daha çox oyun keçirən 448-ci futbolçudur.







Misli Premyer liqa

Abdullah Zubir “Qarabağ”dan ayrıldı
  • Misli Premyer liqa
  • 12:37 16.08.2026
Abdullah Zubir “Qarabağ”dan ayrıldı
“Sabah” “Kəpəz”i məğlub etdi
  • Misli Premyer liqa
  • 22:51 15.08.2026
“Sabah” “Kəpəz”i məğlub etdi
“Araz-Naxçıvan”dan daha iki transfer
  • Misli Premyer liqa
  • 16:43 14.08.2026
“Araz-Naxçıvan”dan daha iki transfer