16 avqust 2026. Bazar günü

Braziliyalı futbolçu "Zirə"nin heyətində 100-cü oyununu keçirib


Braziliyalı futbolçu "Zirə"nin heyətində 100-cü oyununu keçirib

Ruan Renato “Zirə”nin heyətində 100-cü oyununu keçirib.

 90deqiqe.Az xəbər verir ki, 31 yaşlı müdafiəçinin yubileyi Azərbaycan kubokunun 1/8 final mərhələsinə baş tutub.

Braziliyalı legioner “Neftçi” ilə əlavə vaxta qədər uzanan qarşılaşmada (1:0) 120 dəqiqə meydanda olub. Renato “Zirə”də keçirdiyi 100 matçda 9 qola imza atıb.

Ruan Premyer Liqada 80 (8 qol), kubokda 10 (1 qol), avrokuboklarda 10 matça çıxıb. Cənubi amerikalı “Zirə”nin tarixində 100 və daha çox oyun keçirən 9-cu futbolçudur.

Qeyd edək ki, Renato 2023-cü il avqustun 5-də Premyer Liqanın “Qarabağ”la səfər matçında (1:0) Bakı klubunda debüt edib.







Misli Premyer liqa

Abdullah Zubir “Qarabağ”dan ayrıldı
  • Misli Premyer liqa
  • 12:37 16.08.2026
Abdullah Zubir “Qarabağ”dan ayrıldı
“Sabah” “Kəpəz”i məğlub etdi
  • Misli Premyer liqa
  • 22:51 15.08.2026
“Sabah” “Kəpəz”i məğlub etdi
“Araz-Naxçıvan”dan daha iki transfer
  • Misli Premyer liqa
  • 16:43 14.08.2026
“Araz-Naxçıvan”dan daha iki transfer