16 avqust 2026. Bazar günü

"Sabah” “Neftçi”yə qalib gəldi


"Sabah” “Neftçi”yə qalib gəldi

Misli Premyer Liqasının XIV turunda “Sabah” “Neftçi”yə qalib gəlib.

90deqiqe.Az-ın məlumatına görə, “Bank Respublika Arena”da keçirilən oyunda ev sahibləri 2:0 hesablı qələbə qazanıblar. Qolları Akim Zedadka (58) və Coy-Lens Mikels (77) vurublar.

Bu nəticə ilə xallarının sayını 28-ə çatdıran “Sabah” turnir cədvəlində ikinci pilləyə yüksəlib. “Neftçi” isə 16 xalla səkkizinci sırada qərarlaşıb.

Turun əvvəlki oyunlarında “Şamaxı” “Karvan-Yevlax”ı 3:0 hesabı ilə məğlub edib, “Zirə” – “Qarabağ” görüşündə qalib müəyyənləşməyib – 1:1. “Qəbələ” – “Turan Tovuz” oyunu isə güclü duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılıb və təxirə salınıb.







Misli Premyer liqa

Abdullah Zubir “Qarabağ”dan ayrıldı
  • Misli Premyer liqa
  • 12:37 16.08.2026
Abdullah Zubir “Qarabağ”dan ayrıldı
“Sabah” “Kəpəz”i məğlub etdi
  • Misli Premyer liqa
  • 22:51 15.08.2026
“Sabah” “Kəpəz”i məğlub etdi
“Araz-Naxçıvan”dan daha iki transfer
  • Misli Premyer liqa
  • 16:43 14.08.2026
“Araz-Naxçıvan”dan daha iki transfer