16 avqust 2026. Bazar günü

“Şamaxı” Azərbaycan çempionatlarının yüksək dəstəsində 25-ci səfər oyununda böyük hesabla qalib gəlib


“Şamaxı” Azərbaycan çempionatlarının yüksək dəstəsində 25-ci səfər oyununda böyük hesabla qalib gəlib

"Şamaxı" Azərbaycan çempionatlarının yüksək dəstəsində 25-ci dəfə səfər oyununda böyük hesabla qalib gəlib.

90deqiqe.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XIV turunda baş verib.

Əvvəllər "Xəzər Universiteti", "İnter" və "Keşlə" adlarını da daşıyan klub "Karvan-Yevlax"ı üç cavabsız qolla üstələyib. Bu göstəricidə "Kəpəz"ə çatan "Şamaxı" yalnız "Qarabağ"la "Neftçi"dən geri qalır.

Qeyd edək ki, səfərdə ilk böyükhesablı qələbəsini 2001/2002 mövsümündə "Xəzər Universiteti" kimi qazanan komanda "Dinamo-Bakılı"nı (sonrakı "Bakı") 3:0 hesabı ilə məğlub edib.







Misli Premyer liqa

Abdullah Zubir “Qarabağ”dan ayrıldı
  • Misli Premyer liqa
  • 12:37 16.08.2026
Abdullah Zubir “Qarabağ”dan ayrıldı
“Sabah” “Kəpəz”i məğlub etdi
  • Misli Premyer liqa
  • 22:51 15.08.2026
“Sabah” “Kəpəz”i məğlub etdi
“Araz-Naxçıvan”dan daha iki transfer
  • Misli Premyer liqa
  • 16:43 14.08.2026
“Araz-Naxçıvan”dan daha iki transfer