21 iyun 2026. Bazar günü

"Neftçi" yeni baş məşqçisini bəlli oldu


"Neftçi" yeni baş məşqçisini bəlli oldu

"Neftçi"nin baş məşqçisi vəzifəsinə Yuri Vernidub təyin edilib.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, ukraynalı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.

Məşqçilik fəaliyyətinə 2001-ci ildə köməkçi məşqçi kimi başlayan, 2011-ci ildən etibarən isə baş məşqçi postunu tutan Vernidub vətənində "Metallurq" (Zaporojye), "Zarya", "Krivbass", Belarusda "Şaxtyor" (Soliqorsk), Moldovada "Şerif" klublarında çalışıb.

Təcrübəli mütəxəssis müxtəlif illərdə "Zarya" və "Krivbass" ilə Ukrayna çempionatının bürünc mükafatçısı, "Şerif"lə 2 dəfə Moldova çempionu olub.

"Şerif"i UEFA Çempionlar Liqasının, "Zarya"nı Avropa Liqasının qrup mərhələsinə yüksəldən, "Krivbass"ı 24 ildən sonra avrokuboklara çıxaran mütəxəssis 2016 və 2018-ci illərdə Ukraynada, 2021-ci ildə isə Moldovada ilin məşqçisi seçilib.

Qeyd edək ki, məşqçilər korpusunda Vernidubun köməkçiləri Valeri Mixaylenko, Dmitro Kara-Mustafa, Vitali Vernidub və İqor Fokin yer alırlar.







Misli Premyer liqa

“Zirə” braziliyalı qapıçı transfer etdi
  • Misli Premyer liqa
  • 19:40 20.06.2026
“Zirə” braziliyalı qapıçı transfer etdi
“Zirə” Ayron Qomislə vidalaşdı
  • Misli Premyer liqa
  • 18:33 20.06.2026
“Zirə” Ayron Qomislə vidalaşdı
“Sabah” Rodriqo Fernandeşi transfer etdi
  • Misli Premyer liqa
  • 12:49 20.06.2026
“Sabah” Rodriqo Fernandeşi transfer etdi