21 iyun 2026. Bazar günü

“Araz-Naxçıvan” “Kəpəz”i məğlub etdi


“Araz-Naxçıvan” “Kəpəz”i məğlub etdi

Misli Premyer Liqasının XIV turu çərçivəsində keçirilən oyunda “Araz-Naxçıvan” “Kəpəz” üzərində qələbə qazanıb.

90deqiqe.Az xəbər verir ki, “Liv Bona Dea Arena”da baş tutan qarşılaşma Naxçıvan təmsilçisinin 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb. Matçda qolları 38-ci dəqiqədə Coşqun Diniyev, 64-cü dəqiqədə isə Patrik Andrade vurub.

Bu qələbədən sonra “Araz-Naxçıvan” 23 xalla turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb. 6 xalı olan “Kəpəz” isə on birinci yerdədir.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Şamaxı” “Karvan-Yevlax”a 3:0 hesabı ilə qalib gəlib, “Sabah” isə “Neftçi”ni 2:0 məğlub edib. “Zirə” – “Qarabağ” görüşündə qalib müəyyənləşməyib – 1:1. “Qəbələ” – “Turan Tovuz” matçı isə əlverişsiz hava şəraitinə görə təxirə salınıb.







Misli Premyer liqa

“Zirə” braziliyalı qapıçı transfer etdi
  • Misli Premyer liqa
  • 19:40 20.06.2026
“Zirə” braziliyalı qapıçı transfer etdi
“Zirə” Ayron Qomislə vidalaşdı
  • Misli Premyer liqa
  • 18:33 20.06.2026
“Zirə” Ayron Qomislə vidalaşdı
“Sabah” Rodriqo Fernandeşi transfer etdi
  • Misli Premyer liqa
  • 12:49 20.06.2026
“Sabah” Rodriqo Fernandeşi transfer etdi