4 iyun 2026. Cümə axşamı

6000-ci oyun


6000-ci oyun

Misli Premyer Liqasının XV turunun “Qarabağ” – “Araz-Naxçıvan” oyunu (5:1) tarixi yubileylə əlamətdar olub.

90deqiqe.Az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu qarşılaşma Azərbaycan çempionatları tarixinə yüksək dəstədə keçirilən 6000-ci matç kimi düşüb.

Bu oyuna qədər 5999 görüşün nəticəsi turnir cədvəllərində əks olunmuşdu. 6000 matçdan 279-u tarixə texniki nəticə kimi düşüb.

1992-ci ildən keçirilən ölkə çempionatları həmin il mayın 3-də start götürüb. 34-cü mövsümü oynanılan turnirin ilk ikisi yaz-payız, sonradan payız-yaz sistemi ilə baş tutub. 2001/02 və 2019/20 mövsümləri yarımçıq dayandırılıb.

Qeyd edək ki, cari mövsümdə 86 oyun keçirilib və onlardan biri texniki nəticə kimi tarixə düşüb.

 







Misli Premyer liqa

“Qəbələ”də daha iki ayrılıq
  • Misli Premyer liqa
  • 12:22 02.06.2026
“Qəbələ”də daha iki ayrılıq
“Qəbələ”də 3 ayrılıq
  • Misli Premyer liqa
  • 15:43 01.06.2026
“Qəbələ”də 3 ayrılıq
"Zirə"nin futbolçusu əməliyyat olunub
  • Misli Premyer liqa
  • 13:37 01.06.2026
"Zirə"nin futbolçusu əməliyyat olunub
“Zirə” 5 futbolçu ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 17:35 31.05.2026
“Zirə” 5 futbolçu ilə yollarını ayırdı