16 avqust 2026. Bazar günü

“İmişli” və “Neftçi” xal itirdi


“İmişli” və “Neftçi” xal itirdi

Misli Premyer Liqasında XV tura yekun vurulub.

90deqiqe.Az-ın məlumatına görə, turun son oyun günündə iki qarşılaşma keçirilib. “İmişli” Quba Olimpiya İdman Kompleksinin stadionunda “Karvan-Yevlax”ı qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Bu nəticədən sonra “İmişli” 16 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. “Karvan-Yevlax” isə 6 xalla sonuncu – 12-ci yerdə qalıb.

Digər matçda “Neftçi” doğma meydanda “Sumqayıt”la üz-üzə gəlib. Qarşılaşma 2:2 hesablı bərabərliklə yekunlaşıb. “Sumqayıt” 27 xalla 4-cü, “Neftçi” isə 17 xalla 8-ci pillədə yer alıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Şamaxı” “Zirə”ni 2:1, “Sabah” “Turan Tovuz”u 3:1, “Kəpəz” “Qəbələ”ni 1:0, “Qarabağ” isə “Araz-Naxçıvan”ı 5:1 hesabı ilə məğlub edib.







Misli Premyer liqa

Abdullah Zubir “Qarabağ”dan ayrıldı
  • Misli Premyer liqa
  • 12:37 16.08.2026
Abdullah Zubir “Qarabağ”dan ayrıldı
“Sabah” “Kəpəz”i məğlub etdi
  • Misli Premyer liqa
  • 22:51 15.08.2026
“Sabah” “Kəpəz”i məğlub etdi
“Araz-Naxçıvan”dan daha iki transfer
  • Misli Premyer liqa
  • 16:43 14.08.2026
“Araz-Naxçıvan”dan daha iki transfer