14 may 2026. Cümə axşamı

“Neftçi”ni Premyer Liqada oyuna çıxaran 33-cü baş məşqçi


“Neftçi”ni Premyer Liqada oyuna çıxaran 33-cü baş məşqçi

Misli Premyer Liqasının XV turu daha bir legioner baş məşqçinin debütü ilə əlamətdar olub.

90deqiqe.Az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, ukraynalı Yuri Vernidub “Neftçi”ni “Sumqayıt”la ev oyununa (2:2) çıxarıb. 

Vernidub Premyer Liqada cari mövsümdə debüt edən 4-cü əcnəbi mütəxəssisdir. Saşa İliç (“Sumqayıt”) və Jorj Kaşkilya (“İmişli”) I, Valdas Dambrauskas (“Sabah”) II turda debüt edib.

Bununla da Premyer Liqa tarixində baş məşqçi və ya bu vəzifəni müvəqqəti icra edən əcnəbi mütəxəssislərin sayı 69-a çatıb. Vernidub Premyer Liqa tarixində 10-cu ukraynalı baş məşqçidir.

O, “Neftçi”ni Azərbaycan çempionatlarında oyuna çıxaran ümumilikdə 33-cü mütəxəssisdir. Vernidub “ağ-qaralar”ın 9-cu legioner, 3-cü ukraynalı çalışdırıcısı olub.







Misli Premyer liqa

“Sabah” Azərbaycan Kubokunun qalibi oldu
  • Misli Premyer liqa
  • 22:45 13.05.2026
“Sabah” Azərbaycan Kubokunun qalibi oldu
"Araz-Naxçıvan"da ayrılıq
  • Misli Premyer liqa
  • 13:14 12.05.2026
"Araz-Naxçıvan"da ayrılıq
Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 12:12 11.05.2026
Premyer Liqada 200-cü oyun
Mövsümdə 2-ci dəfə
  • Misli Premyer liqa
  • 11:57 11.05.2026
Mövsümdə 2-ci dəfə
İkinci ispaniyalı
  • Misli Premyer liqa
  • 11:52 11.05.2026
İkinci ispaniyalı