29 oktyabr 2026. Cümə axşamı

Azarkeşləri "Qarabağ"ı ziyana saldı


Azarkeşləri "Qarabağ"ı ziyana saldı

AFFA İntizam Komitəsi “Qarabağ”ı cərimələyib.

90deqiqe.Az xəbər verir ki, buna Ağdam klubunun azarkeşlərinin Misli Premyer Liqasının XV turunda “Araz-Naxçıvan”la görüşdə (5:1) pirotexniki vasitədən istifadə etməsi səbəb olub.

“Qarabağ” fanatların davranışına görə 3000 manat cərimə ödəyəcək.

“Araz-Naxçıvan” isə 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.







Misli Premyer liqa