23 oktyabr 2024. Çərşənbə

Hər matç final xarakteri daşıyır - Anar Nəzirov


Hər matç final xarakteri daşıyır - Anar Nəzirov

Səbail'lə qarşılaşmaya yaxşı hazırlaşmağa çalışırıq. Bizim üçün hər oyun çox vacibdi".

Corner.az xəbər verir ki, bunu "Qəbələ"nin kapitanı Anar Nəzirov deyib.

"Qırmızı-qaralar" Azərbaycan Premyer Liqasının V turunda “Səbail”lə görüşəcək. Qapıçı sentyabrın 21-dəki oyun barədə klubun rəsmi saytına fikirlərini bildirib: “Səfərdə oynayacağımız bu matçdan yaxşı nəticə ilə ayrılmaq istəyirik. Arxada qalan dörd turda yalnız bir qələbə qazanmışıq. Bu da demək olar ki, çox azdı. Hər matç final xarakteri daşıyır. Əlimizdən gələni edib, ən yaxşı oyunumuzu nümayiş etdirib, səfərdən lazım olan xal, qələbə ilə dönmək niyyətindəyik”.

Ötən tur “Sabah”la səfər matçında əldə olunan 1:0 hesablı qələbənin əhəmiyyətini vurğulayan təcrübəli qapıçı qarşıdakı rəqib barədə də fikirlərini bölüşüb: “Əlbəttə, “Sabah” üzərində ötən turda qazanılan qələbə bizim üçün çox vacib idi. Bu, komandaya əlavə özünəinam bəxş etdi. Çünki buna qədər həm qol vura bilmirdik, həm xal qazanmırdıq. Paytaxt səfərində isə qol da vurduq, qələbə də qazandıq. Bundan sonra hər şey qaydasına düşdü. “Səbail” turnir cədvəlində də üst pillələrdə qərarlaşıb. Güclü komandadı. Hər görüşdə sürpriz etməyə qadir komandadı. İstəyimiz odu ki, onlarla matçda da əlimizdən gələni edərək qalib gələk”.







Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir