14 may 2026. Cümə axşamı

“Neftçi” Yevlax səfərindən 3 xalla qayıtdı


“Neftçi” Yevlax səfərindən 3 xalla qayıtdı

Misli Premyer Liqasının XVI turu çərçivəsində “Neftçi” səfərdə “Karvan-Yevlax”ın qonağı olub.

90deqiqe.Az xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilən qarşılaşma Bakı təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda hesabı meydan sahibləri açıblar. 45+9-cu dəqiqədə Araz Abdullayev penaltidən dəqiq zərbə endirərək “Karvan-Yevlax”ı önə çıxarıb.

İkinci hissədə təşəbbüsü ələ alan “ağ-qaralar” 61-ci dəqiqədə Bassala Sambunun qolu ilə tarazlığı bərpa ediblər. Qarşılaşmanın taleyini isə komandanın kapitanı Emin Mahmudov həll edib. Təcrübəli yarımmüdafiəçi 90+7-ci dəqiqədə təyin olunan penaltini dəqiq yerinə yetirərək “Neftçi”yə vacib qələbə qazandırıb.

Qeyd edək ki, tərəflər arasında mövsümün ilk dövrəsində Bakıda keçirilən oyun qolsuz heç-heçə ilə başa çatmışdı.

Bu qələbədən sonra “Neftçi” xallarının sayını 20-yə çatdıraraq turnir cədvəlində 8-ci pillədə qərarlaşıb. Aktivində 6 xal olan “Karvan-Yevlax” isə 12 komanda arasında sonuncu yerdədir.

Xatırladaq ki, XVI turun açılış matçında “Turan Tovuz” doğma meydanda “Kəpəz”i 2:0 hesabı ilə məğlub edib. Tura dekabrın 22-də yekun vurulacaq.







Misli Premyer liqa

“Sabah” Azərbaycan Kubokunun qalibi oldu
  • Misli Premyer liqa
  • 22:45 13.05.2026
“Sabah” Azərbaycan Kubokunun qalibi oldu
"Araz-Naxçıvan"da ayrılıq
  • Misli Premyer liqa
  • 13:14 12.05.2026
"Araz-Naxçıvan"da ayrılıq
Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 12:12 11.05.2026
Premyer Liqada 200-cü oyun
Mövsümdə 2-ci dəfə
  • Misli Premyer liqa
  • 11:57 11.05.2026
Mövsümdə 2-ci dəfə
İkinci ispaniyalı
  • Misli Premyer liqa
  • 11:52 11.05.2026
İkinci ispaniyalı