7 may 2026. Cümə axşamı

“Qarabağ" uşaq bağçası deyil”


“Qarabağ" uşaq bağçası deyil”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov braziliyalı yarımmüdafiəçi Pedro Bikalyo ilə bağlı klubun rəsmi təklif aldığını açıqlayıb.

90deqiqe.Az  xəbər verir ki, təcrübəli mütəxəssis bunu Misli Premyer Liqasının XVI turunda “Qəbələ”yə qarşı keçirilən və 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

Qurban Qurbanov futbolçunun gələcəyi ilə bağlı danışaraq, təkliflərin ciddi olmasının vacibliyini vurğulayıb:

“Bəli, ona təklif var. Amma bura “Qarabağ”dır, uşaq bağçası deyil. Bizə gələn təkliflər ciddi olmalıdır. Bəzən elə təsəvvür yaranır ki, futbolçuların fikrini yayındırmağa çalışırlar. Futbolda küçə danışığı olmamalıdır. Menecerləri və klub nümayəndələrini nəzərdə tuturam. Futbolçuya yaxşı şərtlər təklif edirlər, kluba isə az məbləğ vermək istəyirlər. Pul bəzilərinin gözünü örtüb. Bu cür yanaşma doğru deyil”.

Baş məşqçi heyəti qorumağın getdikcə çətinləşdiyini də qeyd edib:

“O qədər lazımsız, keyfiyyətsiz zənglər olur ki, düşünürsən, doğrudanmı bunlar klublardandır? Mənim üçün heyəti saxlamaq böyük problemə çevrilib. Demək olar ki, futbolçuların 90 faizinə təkliflər var – biri Yaponiyadan, digəri Dubaydan zəng edir”.

Qeyd edək ki, Pedro Bikalyo ilə Braziliyanın “Botafoqo” klubu maraqlanır.







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi