21 iyun 2026. Bazar günü

“Araz-Naxçıvan”ın yeni baş məşqçisi bilindi


“Araz-Naxçıvan”ın yeni baş məşqçisi bilindi

Andrey Demçenko “Araz-Naxçıvan”ın baş məşqçisi təyin olunub.

Klubdan 90deqiqe.Az-a bildirilib ki, ukraynalı mütəxəssislə anlaşma “5 ay+1 il” müddətini əhatə edir.

Məşqçilik fəaliyyətinə 2011-ci ildə başlayan Demçenko vətənində “İmeks”, “Metallurq” (Zaporoje), “Veres”, “Lvov”, “Metallist 1925”, “Bukovina” klublarını çalışdırıb. O, müxtəlif illərdə Özbəkistanın “Obod”, həmçinin Gürcüstanın “Dila” və “Dinamo” (Batumi) komandalarına rəhbərlik edib. 50 yaşlı mütəxəssis Bakıya gələnə qədər Qazaxıstan “Jenis”inin baş məşqçisi olub. Ukraynalı baş məşqçinin köməkçiləri barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, dekabrın 21-də “Şamaxı” ilə keçirilmiş oyundan sonra istirahətə yollanan “Araz-Naxçıvan” məşqlərini yanvarın 5-də bərpa edəcək. Komanda qış fasiləsini Bakıda keçirəcək. Hazırlıq prosesi zamanı 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Rəqiblərdən 2-si məlumdur. “Qırmızı-ağlar” yanvarın 9-da klubun əvəzedici komandası ilə üz-üzə gələcək. Bundan 5 gün sonra – yanvarın 14-də isə sparrinq - rəqib “Qəbələ” olacaq. Yanvarın 18-də keçirilək matçdakı rəqiblə bağlı əlavə məlumat veriləcək.







Misli Premyer liqa

“Zirə” braziliyalı qapıçı transfer etdi
  • Misli Premyer liqa
  • 19:40 20.06.2026
“Zirə” braziliyalı qapıçı transfer etdi
“Zirə” Ayron Qomislə vidalaşdı
  • Misli Premyer liqa
  • 18:33 20.06.2026
“Zirə” Ayron Qomislə vidalaşdı
“Sabah” Rodriqo Fernandeşi transfer etdi
  • Misli Premyer liqa
  • 12:49 20.06.2026
“Sabah” Rodriqo Fernandeşi transfer etdi