29 oktyabr 2026. Cümə axşamı

“Qəbələ” afrikalı futbolçu transfer edib


“Qəbələ” afrikalı futbolçu transfer edib

“Qəbələ” qış fasiləsində ilk transferini reallaşdırıb.

Klubdan 90deqiqe.Az-a bildirilib ki, seneqallı mərkəz müdafiəçisi Seydina Keyta ilə 6 ay +1 illik müqavilə imzalanıb.

Onun son klubu “Panevejis” (Litva) olub. Keyta buna qədər “Al Tadamon” (Küveyt), “Liepaya” (Latviya), “Mölde” (Norveç) və “Diambars” (Seneqal) komandalarının şərəfini qoruyub.

Keyta “Qəbələ”də 33 nömrəli formada çıxış edəcək.







Misli Premyer liqa