16 avqust 2026. Bazar günü

“Qəbələ”dən növbəti transfer


“Qəbələ”dən növbəti transfer

“Qəbələ” qış fasiləsində ikinci transferini reallaşdırıb.

Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, “qırmızı-qaralar” nigeriyalı hücumçu İsmail Akinade ilə anlaşıb. 31 yaşlı forvard ilə 1.5 illik müqavilə imzalanıb.

Karyerasına İrlandiyanın “Bray Uonderers” komandasında başlayan futbolçu daha sonra bu ölkədə “Bohemians” və “Uaterford” kimi klublarda çıxış edib.

Son klubu Özbəkistan Super Liqa təmsilçisi “Andijon” olan forvard bu komanda ilə çempionatda keçirdiyi 12 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Akinade, həmçinin “Andijon”un heyətində Asiya Çempionlar Liqasında da 6 matçda iştirak edib və 1 dəfə fərqlənib.

Qeyd edək ki, “Qəbələ” bundan öncə müdafiəçi Seydina Keyta ilə də müqavilə bağlayıb.







Misli Premyer liqa

Abdullah Zubir “Qarabağ”dan ayrıldı
  • Misli Premyer liqa
  • 12:37 16.08.2026
Abdullah Zubir “Qarabağ”dan ayrıldı
“Sabah” “Kəpəz”i məğlub etdi
  • Misli Premyer liqa
  • 22:51 15.08.2026
“Sabah” “Kəpəz”i məğlub etdi
“Araz-Naxçıvan”dan daha iki transfer
  • Misli Premyer liqa
  • 16:43 14.08.2026
“Araz-Naxçıvan”dan daha iki transfer