17 mart 2026. Çərşənbə axşamı

Ayxan Abbasov qələbəni şərh etdi


Ayxan Abbasov qələbəni şərh etdi

“Bizi dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm, bizi tək buraxmadılar. Onlara ehtiyacımız var idi. Bu gün bəlkə də tam başqa yerdə olmalıydıq. Haqsızlıqlar olurdu. Komandam qorxmurdu, onlarda istəyi görürdüm. Hava şəraitinə baxmayaraq, komanda istəkli idi. Elə komandayıq ki, bizə çempionat çətin olacaq. Şərt qoyulub ki, gənclərə şans vermək lazımdır. Digər komandalar kimi bizim çox oyunçu arasında seçim etmək imkanımız yoxdur. İstəyirəm ki, sona qədər mübarizə aparan komanda yaradaq".

Corner.az-ın məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi  Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 5-ci turunda "Sabah"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

"Məğlubiyyət də, heç-heçə də ola bilərdi. Bundan əvvəlki oyunlarda - "Səbail", "Neftçi" oyunlarında ilk hissədə qol vursaq da, sonda uduzmuşduq. Ancaq bu gün ikinci hissədə daha yaxşı oynadıq. Rəqibi öndə qarşılayırdıq. 10 nəfərlə oynamaq da asan deyil. Ancaq bu gün yaxşı mübarizə apardıq” - deyə o bildirib.







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi