7 avqust 2026. Cümə

Amil Yunanov: "Keşlə" karyerası məni geri saldı"


Amil Yunanov: "Keşlə" karyerası məni geri saldı"

"Hava şəraitini gördünüz. Belə oynamaq həqiqətən də çətin idi. Evdə oynayırdıq, ardıcıl 3 matçda uduzduğumuzdan, üzərimizdə təzyiq var idi. Bu oyunda qalib gəlməli idik. Sevinirik ki, bunu bacardıq. Vacib olanı 3 xal idi, onu da əldə etdik".

Corner.az xəbər verir ki, bunu "Sumqayıt" komandasının futbolçusu Amil Yunanov evdə "Sabah"a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının V tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.

İyirmi altı yaşlı hücumçu yüz faizlik qol epizodlarında iştirak edə bilmədiyini söyləyib: "Bugünkü matçda bəhanə etmirəm, amma hava şəraiti elə idi ki, epizodları tutmaq çətin idi. Bu görüşdə yalnız döyüşmək lazım idi. Komanda şəklində bunu etdik və vacib qolu vuraraq, qələbə qazandıq".

Yunanov "Keşlə" karyerasının onu geriyə atdığını da etiraf edib: "Əlbəttə, geri atdı. Daha əvvəlki mövsüm "Sumqayıt"ın heyətində bir mövsüm ərzində 14 qol vurmuşdum. "Keşlə"də isə bir ara yaxşı olsa da, sonluğa doğru alınmadı, az şans qazanır, son qarşılaşmalarda çıxış etmir, demək olar ki, ehtiyatda qalırdım. Bu da oyunuma təsirini göstədi və məni bir qədər geri atdı. "Sumqayıt"a qayıtdıqdan sonra təlim-məşq toplanışını çətin keçdim. İndi isə yavaş-yavaş yaxşılığa doğru gedirəm. Çalışıram daha yaxşı olum. Əvvəllər də çıxış etdiyim kimi formada olmadığımı anlayıram. Çətin vəziyyətdən çıxacağıma və hər şeyin yaxşı olacağına inanıram".

Təcrübəli hücumçu növbəti tur qarşılaşacaqları "Qarabağ"ı Azərbaycanın ən güclü komandası adlandırıb: "Bu komandaya qarşı istər-istəməz daha motivasiyalı çıxış edirsən. "Qarabağ", "Neftçi" kimi güclü kollektivlərlə oynamağı xoşlayıram. Bu, özümüz üçün də yaxşıdır. Səfərdə çıxış etməyimizə baxmayaraq, xal qazanmağa çalışacağıq. Hərçənd, "Qarabağ" da bütün komandalar kimi öz meydanında yaxşı çıxış edir".







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı