29 oktyabr 2026. Cümə axşamı

"Zirə" üçüncü yoxlama görüşündə uduzub


"Zirə" üçüncü yoxlama görüşündə uduzub

Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Zirə” növbəti yoxlama oyununu keçirib.

90deqiqe.Az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv Çexiyanın “Bohemians 1905” klubu ilə qarşılaşıb. Görüş Azərbaycan təmsilçisinin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. “Zirə”nin heyətində yeganə qolu 41-ci dəqiqədə Ruan Renato vurub.

Qeyd edək ki, paytaxt klubu ilk yoxlama matçında Rumıniyanın “Çiksereda” komandası ilə 3:3 hesablı heç-heçə edib. Komanda ikinci görüşündə isə Ukraynanın “Aleksandriya” klubuna 2:3 hesabı ilə uduzub.

 







Misli Premyer liqa