16 avqust 2026. Bazar günü

“Qarabağ” Polşa klubuna qalib gəldi


 “Qarabağ” Polşa klubuna qalib gəldi

Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Qarabağ” növbəti yoxlama oyununda da qələbə qazanıb.

90deqiqe.Az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu Ağdam təmsilçisi Polşanın “Zaqlembe” klubu ilə qarşılaşıb. Görüş “Qarabağ”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan çempionunun heyətində qollara Leandro Andrade (6-cı dəqiqə), Abdullah Zubir (56-cı dəqiqə) və Joni Montiel (69-cu dəqiqə) imza atıblar.

Qeyd edək ki, “Qarabağ” daha əvvəl toplanış çərçivəsində Özbəkistanın “Neftçi” klubunu 5:0 hesabı ilə məğlub edib, Xorvatiyanın “Osiyek” komandasına isə 3:1 hesabı ilə qalib gəlib.







Misli Premyer liqa

Abdullah Zubir “Qarabağ”dan ayrıldı
  • Misli Premyer liqa
  • 12:37 16.08.2026
Abdullah Zubir “Qarabağ”dan ayrıldı
“Sabah” “Kəpəz”i məğlub etdi
  • Misli Premyer liqa
  • 22:51 15.08.2026
“Sabah” “Kəpəz”i məğlub etdi
“Araz-Naxçıvan”dan daha iki transfer
  • Misli Premyer liqa
  • 16:43 14.08.2026
“Araz-Naxçıvan”dan daha iki transfer