- Misli Premyer liqa
- 10:57 05.12.2025
Azərbaycan Premyer Liqasının V turu “Səbail”in müdafiəçisi Adil Nağıyev üçün yubileylə əlamətdar olub.
Corner.az xəbər verir ki, 24 yaşlı futbolçu ölkə çempionatlarında 100-cü oyununu keçirib.
Bu, “Qəbələ” ilə ev qarşılaşmasına təsadüf edib. 1:1 hesabı ilə nəticələnən matç Adilin mövsümdə 5-ci, Premyer Liqada 100-cü oyunu olub.
Debütü 2015/16 mövsümünə təsadüf edən futbolçu bu müddətdə 3 qol vurub. 3 klubda çıxış edən Nağıyev ilk komandası olan “Zirə”də 83 (3 qol), “Sumqayıt”da 12, “Səbail”də 5 matça çıxıb.
mövsüm | klub | oyun | qol |
2015/16 | Zirə (Bakı) | 25 | 1 |
2016/17 | Zirə (Bakı) | 22 | 1 |
2017/18 | Zirə (Bakı) | 24 | 1 |
2018/19 | Zirə (Bakı) | 12 | 0 |
2018/19 | Sumqayıt | 12 | 0 |
2019/20 | Səbail | 5 | 0 |