17 avqust 2026. Bazar ertəsi

20-ci quru oyun


20-ci quru oyun

Keşlə'nin qapıçısı Stanislav Namaşko Azərbaycan Premyer Liqasında 20-ci quru oyununu keçirib.

Corner.az xəbər verir ki, moldovalı qolkiperin yubileyi V turun “Neftçi” ilə matçına təsadüf edib.

0:0 hesabı ilə başa çatan görüşdə qol buraxmayan Stanislav mövsümdə 3-cü dəfə qapısını toxunulmaz saxlayıb. Bununla da Namaşko mövsümün rekordçusu olan Şahruddin Məhəmmədəliyevə çatıb. “Qarabağ”ın qapıçısı ilk üç turda qol buraxmayıb.

Moldovalının əvvəlki 17 quru oyunu AZAL-ın heyətində qeydə alınıb. O, 2014/15 mövsümündə 3, 2015/16 mövsümündə 14 dəfə qapısını toxunulmaz saxlayıb.

Qeyd edək ki, Namaşko Premyer Liqada ümumilikdə 59 matç keçirib. Qapıçı bu matçlarda 62 top buraxıb







Misli Premyer liqa

Abdullah Zubir “Qarabağ”dan ayrıldı
  • Misli Premyer liqa
  • 12:37 16.08.2026
Abdullah Zubir “Qarabağ”dan ayrıldı
“Sabah” “Kəpəz”i məğlub etdi
  • Misli Premyer liqa
  • 22:51 15.08.2026
“Sabah” “Kəpəz”i məğlub etdi
“Araz-Naxçıvan”dan daha iki transfer
  • Misli Premyer liqa
  • 16:43 14.08.2026
“Araz-Naxçıvan”dan daha iki transfer