16 avqust 2026. Bazar günü

Premyer Liqada 2026-cı ilin ilk oyunu heç-heçə ilə başa çatdı


Premyer Liqada 2026-cı ilin ilk oyunu heç-heçə ilə başa çatdı

Misli Premyer Liqasının 2026-cı ilin ilk oyununda heç-heçə qeydə alınıb.

 90deqiqe.Az xəbər verir ki, XVII turun açılış matçında “İmişli” öz meydanında “Araz-Naxçıvan”la qarşılaşıb.

Quba Olimpiya İdman Kompleksində keçirilən görüş 2:2 hesabı ilə başa çatıb. 5-ci dəqiqədə meydan sahibləri Luis Silvestrin qolu ilə hesabı açıb. Qonaqlar 14-cü dəqiqədə Şarl Bolinin fərqi aradan qaldırması ilə cavab veriblər. 84-cü dəqiqədə Dioqo Almeyda “İmişli”ni önə çıxarsada, 90+1-ci dəqiqədə Ramon Maçado “Araz-Naxçıvan” üçün son nöqtəni qoyub.

Bu nəticədən sonra “Araz-Naxçıvan” 27 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb, “İmişli” isə 18 xalla 9-cu sıradadır.

Günün ikinci matçında “Neftçi” “Zirə”ni qəbul edəcək. XVII turun oyunları yanvarın 25-də yekunlaşacaq.







Misli Premyer liqa

Abdullah Zubir “Qarabağ”dan ayrıldı
  • Misli Premyer liqa
  • 12:37 16.08.2026
Abdullah Zubir “Qarabağ”dan ayrıldı
“Sabah” “Kəpəz”i məğlub etdi
  • Misli Premyer liqa
  • 22:51 15.08.2026
“Sabah” “Kəpəz”i məğlub etdi
“Araz-Naxçıvan”dan daha iki transfer
  • Misli Premyer liqa
  • 16:43 14.08.2026
“Araz-Naxçıvan”dan daha iki transfer