14 mart 2026. Şənbə

“Sabah” liderliyini möhkəmləndirdi, “Turan Tovuz”dan vacib qələbə


“Sabah” liderliyini möhkəmləndirdi, “Turan Tovuz”dan vacib qələbə

Misli Premyer Liqasının XVII turuna yekun vurulub.

90deqiqe.Az xəbər verir ki, tur çərçivəsində daha bir qarşılaşma Tovuzda baş tutub. “Turan Tovuz” doğma meydanda “Sumqayıt”ı qəbul edib. Gərgin mübarizə şəraitində keçən oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə nəticələnib. Bu qələbədən sonra xallarını 30-a yüksəldən Tovuz təmsilçisi turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. “Kimyaçılar” isə 27 xalla 5-ci yerdə qalıb.

XVII turun son oyunu Bakıda keçirilib. “Sabah” öz meydanında “Karvan-Yevlax”la üz-üzə gəlib. Azarkeşlər üçün maraqlı və bol qollu keçən qarşılaşmada meydan sahibləri 4:1 hesablı inamlı qələbə qazanıblar. Bu nəticə “Sabah”ın xal ehtiyatını 40-a çatdırmasına və liderliyini daha da möhkəmləndirməsinə imkan verib. “Karvan-Yevlax” isə cəmi 6 xalla turnir cədvəlinin sonuncu – 12-ci pilləsində yer alıb.

Qeyd edək ki, turun digər oyunlarında da maraqlı nəticələr qeydə alınıb. “İmişli” ilə “Araz-Naxçıvan” arasında keçirilən görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb. “Neftçi” – “Zirə” matçında qalib müəyyənləşməyib – 0:0. “Qəbələ” doğma azarkeşləri önündə “Şamaxı”nı 4:0 hesabı ilə darmadağın edib, turun ən gözlənilməz nəticələrindən biri isə Gəncədə yaşanıb – “Kəpəz” “Qarabağ” üzərində 2:0 hesablı qələbə qazanıb.

Beləliklə, Misli Premyer Liqasında XVII tur futbolsevərlərə həm gərgin mübarizə, həm də sürpriz nəticələrlə yadda qalıb.







Misli Premyer liqa

Premyer Liqada 50-ci qol
  • Misli Premyer liqa
  • 11:02 11.03.2026
Premyer Liqada 50-ci qol
100-cü qələbə
  • Misli Premyer liqa
  • 10:15 11.03.2026
100-cü qələbə
“Sabah” “Qəbələ”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 21:22 10.03.2026
“Sabah” “Qəbələ”ni darmadağın etdi
Mövsümün ən böyükhesablı qələbəsi
  • Misli Premyer liqa
  • 14:48 10.03.2026
Mövsümün ən böyükhesablı qələbəsi
Ardıcıl 8-ci quru oyun: Samok 778-ə çatdı
  • Misli Premyer liqa
  • 10:52 10.03.2026
Ardıcıl 8-ci quru oyun: Samok 778-ə çatdı