17 avqust 2026. Bazar ertəsi

Vacib qələbə qazandıq - Qurban Qurbanov


Vacib qələbə qazandıq - Qurban Qurbanov
"Futbolçularımı təbrik edirəm”.

Corner.az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
 
Azərbaycan Premyer Liqasının V turunda “Zirə”nin qonağı olan Ağdam klubu 3:1 hesablı qələbəyə sevinib.
 
Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Qurbanovun qalibiyyət şərhi belə olub: “Vacib qələbə qazandıq. Futbolçular matça tam ciddi hazırlaşmışdılar və bizim üçün vacib olan 3 xalı əldə etdik”.
 
- Son iki oyunda cərimə zərbəsindən 2 top buraxmısınız. Bununla bağlı qapıçı məşqçisi ilə danışmaq fikriniz varmı, yoxsa bu, təsdüfdü?
- Məncə, zərbəni vuranlar dəqiq yerinə yetiriblər.
 
- Xayme Romeronun hazırkı durumu necədi?
- Deyəsən, durumu yaxşı deyil. Ola bilsin ki, zədəsi ciddidi.
 
- Digər zədəlilər Mahir Emreli və Rahil Məmmədovun hazırkı vəziyyəti nə yerdədi?
- Fərdi məşqlərə başlayıblar. Mahir ola bilsin ki, komandaya daha tez qoşulsun.






Misli Premyer liqa

Abdullah Zubir “Qarabağ”dan ayrıldı
  • Misli Premyer liqa
  • 12:37 16.08.2026
Abdullah Zubir “Qarabağ”dan ayrıldı
“Sabah” “Kəpəz”i məğlub etdi
  • Misli Premyer liqa
  • 22:51 15.08.2026
“Sabah” “Kəpəz”i məğlub etdi
“Araz-Naxçıvan”dan daha iki transfer
  • Misli Premyer liqa
  • 16:43 14.08.2026
“Araz-Naxçıvan”dan daha iki transfer