7 may 2026. Cümə axşamı

“Sumqayıt" və “Qəbələ”dən qələbə


“Sumqayıt" və “Qəbələ”dən qələbə

Futbol üzrə Misli Premyer Liqasında XVIII tura start verilib.

90deqiqe.Az-ın məlumata görə, turun açılış matçında turnir cədvəlinin autsayderi olan “Karvan-Yevlax” doğma meydanda “Sumqayıt”ı qəbul edib. Yevlax şəhər stadionunda baş tutan qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Sumqayıt”ın qollarını Aleksa Yankoviç və Ronaldo Vasqes vurublar.

Bu nəticədən sonra xallarını 30-a çatdıran “kimyaçılar” turnir cədvəlində 4-cü pilləyə yüksəliblər. “Karvan-Yevlax” isə 6 xalla sonuncu — 12-ci yerdə qərarlaşıb.

XVIII turun daha bir qarşılaşması Qəbələdə keçirilib. Yerli “Qəbələ” komandası öz meydanında “İmişli”ni qəbul edib. Gərgin mübarizə şəraitində keçən oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bununla da “qırmızı-qaralar” çempionatda ardıcıl ikinci qalibiyyətini əldə ediblər.

Turun bu nəticələrindən sonra “İmişli” 18 xalla 9-cu, “Qəbələ” isə 14 xalla 10-cu pillədə yer alıb.

Qeyd edək ki, Misli Premyer Liqasının XVIII turuna fevralın 1-də yekun vurulacaq.







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi