7 may 2026. Cümə axşamı

“Sabah” “Zirə”ni məğlub etdi, “Şamaxı” Yevlaxdan qələbə ilə döndü


“Sabah” “Zirə”ni məğlub etdi, “Şamaxı” Yevlaxdan qələbə ilə döndü

Misli Premyer Liqasının XVIII turunda növbəti qarşılaşmalar baş tutub.

90deqiqe.Az-ın məlumatına görə, Yevlax şəhər stadionunda keçirilən oyunda “Kəpəz” doğma meydanda “Şamaxı”nı qəbul edib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Şamaxı”nın heyətində Arsen Ağcabəyov 12-ci dəqiqədə, Karim Rossi isə ilk hissəyə əlavə olunmuş vaxtda (45+1) fərqlənib. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv bu qələbə sayəsində xallarının sayını 24-ə çatdıraraq turnir cədvəlində 7-ci pilləyə yüksəlib. “Kəpəz” isə 12 xalla 11-ci sırada qalıb.

Tur çərçivəsində lider “Sabah” da növbəti qələbəsini qazanıb. Zirə İdman Kompleksinin stadionunda keçirilən matçda “bayquşlar” “Zirə”ni 3:1 hesabı ilə məğlub ediblər. Qonaqların heyətində Velko Simiç (10), İvan Lepiniça (22) və Xəyal Əliyev (27) qolların müəllifi olublar. “Zirə”nin yeganə qolunu isə 83-cü dəqiqədə David Volkov vurub. Bu nəticədən sonra “Sabah” 43 xalla turnir cədvəlinə liderlik edir. 29 xalı olan “Zirə” isə 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki görüşlərində “Sumqayıt” “Karvan-Yevlax”a 2:0 hesabı ilə qalib gəlib. Misli Premyer Liqasının XVIII turuna fevralın 1-də yekun vurulacaq.







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi