7 may 2026. Cümə axşamı

Çempionat tarixində legionerlərdən 50-ci het-trik


Çempionat tarixində legionerlərdən 50-ci het-trik

 Misli Premyer Liqasının XVIII turu mövsümün ikinci het-triki ilə əlamətdar olub.

90deqiqe.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Qəbələ”nin futbolçusu Domi Massumo “İmişli” ilə ev oyununda (3:2) qol vurub.

Konqoluya qədər Toral Bayramov fərqlənib. “Qarabağ”ın futbolçusu V turun “Araz-Naxçıvan”la səfər görüşündə (5:0) üç dəfə qol sevinci yaşayıb.

Domi Premyer Liqanın tarixində milliləşənlər də daxil olmaqla legionerlərin ümumilikdə 50-ci het-trikinə imza atıb. Bunlardan 42-si legioner statuslu, 8-i Azərbaycan pasportuna malik xarici futbolçuların payına düşür.

Azərbaycan çempionatlarında ən çox het-trik edən legioner Davit Volkovdur. Cari mövsümdə “Zirə”də çıxış edən gürcüstanlı 4 matçda fərqlənib. Əcnəbilərin ilk het-trikinə isə onun həmyerlisi, sonradan milliləşən Badri Kvaratsxeliya imza atıb. O, “Kəpəz” forması geyindiyi 1997/98 mövsümündə 2 het-trik müəllifi olub.







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi